Hoşgeldiniz Ziyaretçi. Lütfen Giriş veya Kayıt  


Gezdiğiniz yer: Ana Sayfa > Ümumi > Ədəbiyyat > Konu: Azerbaycan dili



Konu Modu | Yazdır  

 Azerbaycan dili, Azerbaycan dili (3 Cevaplar, Oku 3038 zaman)
azer_radio
Grup: Üzv
Mesaj Rütbesi: Yeni Yazir
Mesajlar: 6
Durum:
Buludxan Xəlilov «Dilin qayda qanunlarını qorumaq, dili yaşatmaq hamımızın borcudur»

Dil də canlı orqanizmdi.

Dil ünsiyyət vasitəsidir. Azərbaycan dili dünya xalqlarının dilləri arasında özünəməxsus yeri və mövqeyi olan bir dildir. Ən çətin fikirləri ifadə etmək gücünə malikdir. Azərbaycan dili öz tarixi inkişaf yolunda bir çox mərhələlərdən keçib. Bugün müstəqil Azərbaycanımızın dövlət dili Azərbaycan dilidir. Sevindirici bir hal kimi qeyd etmək istərdim ki, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin səfirlərinin bir çoxu ana dilimizdə sərbəst danışırlar. Burada maraqlısı odur ki, əcnəbilər, avropalılar bizim dilimizi öyrənməkdə maraqlıdırlar, amma biz öz tarixi keçmişimizə bəzən laqeyid oluruq, dilimizin yüksək üstünlüklərinin fərqinə varmırıq..
Yaponiyanın, Amerikanın səfirləri doğma dilimizdə sərbəst danışır. Fikir və düşüncələrini səlis ifadə etməyi bacarır. Ən əsas da dilimizin normalarına riayət edirlər. Yaponiyanın, Amerikanın səfirlərinin dilimizdə danışmaları bizləri sevindirir. Ancaq dilimizə balta vuranlara belə bir söz demək istərdim. Əcnəbiləri bizim dilimizdə danışan görəndə, görən həmin azərbaycanlılar xəcalət çəkirmi? Heç olmasa həmin əcnəbilərdən utanırlarmı? Bu tip insanlar özlərini necə, nə əsasa azərbaycanlı adlandırır. Çox maraqlıdı, Azərbaycanda yaşayasan, işləyəsən ancaq azərbaycanca danışmayasan, ya da pis danışasan.
Belə insanlara başa salmaq lazımdır ki, bura Azərbaycandır və dövlət dili də Azərbaycan dilidir. Biz nə SSR-i dönəmində yaşamırıq, nədə ki, Avropada. Hamı yaşadığı dövlətin dilində danışmalıdır.
Dilimizi qorumaq, lüğət tərkibində olan sözlərdən gen-bol istifadə etmək, zəngin bir dillə danışmaq hər bir azərbaycanlının borcudur. Hər halda dilimizə bəzən laqeyid münasibəti görüb Azərbaycan Dövlət Pedoqoji universitetinin filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovla görüşdüm. Dilimizlə bağlı yaşanan qaranlıqlara dilçi alim geniş aydıqlıq gətirdi.
-Buludxan müəllim, siz APİ-nin filologiya fakültəsində dekansınız. Dilimizin keşiyində dayanan bir alim kimi sizin bugün dilimizə yad münasibət bəsləyənlərə münasibətiniz necədir? Bugün Azərbaycan dilinin işlənmə səviyyəsi nə yerdədi və yaxud tez-tez ictimaiyyətdə bəzi insanlar nitqlərində əcnəbi sözlərdən istifadə edirlər. Elə insanlarla qarşılaşırıq ki, Azərbaycan dilindən başqa bütün dillərdə danışırlar, ancaq yarı-yarımçıq. Dilçi alim kimi dediklərimizə münasibətinizi bilmək istərdik.
-Əvvəla, doğru qeyd etdiniz. Rusca, ingiliscə sözlərdən danışıq vaxtı istifadə edənlərlə, daha doğrusu, «zəngin lüğətlərində» əcnəbi sözlərdən istifadə edən, bəzi azərbaycanlılarla çox tez-tez qarşılaşırıq. Dil bilmək gözəldi, ancaq ana dilini bilməmək doğma dildə danışmamaq ən azından günahdır. Dilə hamının ehtiyacı var. Ü.Hacıbəyovun felyotonlarında, C.Məmmədquluzadənin və bir çox klassiklərimizin əsərlərində ana dilimizin həm gücünü, həm də təravətini çox görmüşük. O klassiklər, dahilər ona görə sevilirlər ki, onlar azərbaycanca yazıb yaradıblar. Azərbaycan dilinin bütün imkanlarından istifadə ediblər. Bizlər ana dilimizə borcluyuq. Klassiklərimiz də ana dilimizə borcludurlar. Onların əsərlərini oxuyub həyatı, məişəti öyrənmişik, dünya mədəniyyətinə qovuşmağın yollarını dərindən mənimsəmişik. Dil vacib bir sahədir, dilə hər bir kəsin təəsübkeşliyi olmalıdır. Hamı namusa, qeyrətə yanaşdığı kimi dilə də belə münasibət bəsləməlidir. Dil həm də dövlətin atributudur. Azərbaycan dili öz inkişaf mərhələsində keçməkeşli bir yol keçib, bu şəkildə bizə gəlib çatıb. Bu dilin qayda qanunlarını qorumaq, dili yaşatmaq hamımızın borcudur.
Müstəqillik dövründən sonra dilimizin statusu daha da genişlənib. Artıq Azərbaycan dili dövlət dilidir. Azərbaycan dili vasitəsiylə dünyanın ayrı-ayrı ölkələrində rəsmi danışıqlar aparılır. Ticarət, iqtisadiyyat işləri qurulur. Dilimiz beynəlxalq tribunadan səslənən bir dildir. Bunlar yaxşı keyfiyyətlərdir. Biz dilimizin lüğət tərkibinin təmizliyinə də fikir verməliyik. Siz məsələni köklü qoymusunuz. Dilimizin təmizlənməsi üçün bizə vaxt lazımdır. Birincisi mətbuatdan, televiziya kanallarından, radio efirlərindən başlamalıyıq. Yeri gəlmişkən deyim ki, sizin çalışdığınız Azərbaycan Dövlət Radiosunun Xalq Yaradıcılığı Redaksiyasının hazırladığı verilişlərə fikir verək. «Bulaq», «Dastan saatı», «İpək yolu», «İrəvan çuxuru», «Gündoğandan-günbatana», «qərib axşamlar, «Xeyrə qənşər» və s. Bu verilişdərdə tarix də, mədəniyyət də, mənəviyyat da qorunur. Həmişə tələbələrimə azərbaycanca səlis, gözəl danışmaları üçün bu verilişləri dinləməyi məsləhət bilirəm.
Əcnəbi sözlərlə danışanlara, tv-radio efirlərində, mətbuatda dilimizə laqeyid münasibət bəsləyənlərə isə süni dəbdən uzaq olmağı arzulayıram. Bir sözlə dili tək dövlət yox, həm də xalq özü qorumalıdır. Bu qəzetlərdə, tv-radio efirlərində çalışanların əksəriyyətinin jurnalistikadan xəbərləri yoxdur. Həm təhsil baxımdan, həm də bir az ağır desək, mədəniyyət və etik baxımdan. Savadsızlıq və ədəbsizlik cəm olan yerdə çox böyük fəsadlar olur. Qəzet, jurnal, radio, televiziya ondan ötrüdür ki, xalqı maarifləndirsin. Əgər bugün bunlara əməl olunmursa bunun qarşısı alınmalıdır. Heç kəsin dilimizdən kənar söz işlətməyə haqqı yoxdur, dil tribunadır, güzgüdür. Ona görə də təmiz və nümunəvi olmalıdır. Qaldırdığınız bu məsələ olduqca mənalı və məzmunludur. Özünü vətəndaş hiss edən hər bir kəs dili qorumağa xidmət etməlidir. Çünki biz bu dil vasitəsiylə ünsiyyət qururuq. Dil həm də bizlərin özüdü, tarixidi, köküdü, ən əsası da gələcəyidi.
-Buludxan müəllim, növbəti sualım əlifbayla bağlıdır. Bugünə kimi biz bir neçə əlifba dəyişmişik. İlk qədim əlifbamız da bildiyiniz kimi piktoqrafik əlifba olub. Soruşmaq istəyirəm əlifbadan əlifbaya keçiddə itkilərimiz hansı miqyasda olub.
-Çox böyük itkilər olub. Sizə deyim ki, biz qürur hissi ilə deyə bilmərik ki, tez-tez əlifba dəyişmişik. Bu fəxr olunası iş deyil. Əliybanın dəyişməsi çox böyük fəsadlar törədir. Birincisi düşüncə tərzi dəyişir, dilin qayda qanunlarında hərc-mərclik yaranır. Əlifbanın bir əsrdə bir neçə dəfə dəyişməsiylə nəsillər arasında körpü əlaqəsi sınır. Məsələn, bugün biz latın əlifbasından istifadə edirik, amma Kiril əlifbasında yazılan kitablar, dəyərli əsərlər itib batır. Əlifba təkcə məktəb uşaqları üçün deyil, əlifbanı hamı öyrənməlidir. Ancaq nəzərə almaq lazımdır ki, əlifbadan əlifbaya keçid olanda əlifbanı hamı, bütövlükdə kütlə öyrənə bilmir. Əlifba dəyişkənliyində bu məsələləri nəzərə alıb çox ehtiyatlı olmaq lazımdır. Bugün sevindirici haldır, latın əlifbasıyla, bizim cənab prezidentimizin sərəncamı var, ədəbiyyat çap olunur. Bu çox gözəldir. Dilə, ədəbiyyata dövlət qayğı göstərir. Qoy tale bizlərə bir də əlifba dəyişikliyi qismət eləməsin.
1926-cı ildə Bakıda 1-ci türkoloji qurultay keçiriləndə vahid problem türk xalqlarının ortaq əlifbası məsələsi dururdu. Çoxlu müzakirələr aparıldı ki, ortaq türk əlifbasını necə yaradaq? Ayrı-ayrı hərflərin üzərində və onların qrafik işarələrində müxtəlif mübahisələr yaranmışdı. Yəni əlifba işi elə asan məsələ deyil. Əlifbanın dəyişməsiylə iqtisadi problemləri, mədəni problemləri həll etmiş olmuruq. Əlifba dünyaya çıxış üçün bir vasitədir. Bugün latın qrafikalı əlifbadan istifadə edirik. Yenə deyirəm bu sevindiricidir, ancaq gəlin bir az keçmişinə nəzər salaq. Küllü miqdarda yazılarımız, ədəbiyyatımız diqqətdən kənarda qalır. Bir sözlə indiyənə kimi əlifba dəyişikliyi ucundan itkilərimiz çox olub.
Dünyada çinlilərin, koreyalıların, yaponların əlifbalarına nəzər yetirin. Ən çətin, ən qəliz əlifbada yazırlar. Ancaq bunların iqtisadi inkişaflarına baxın. Əlifba həm bəzi vacib məsələlərin həllində vasitəçidir, həm də vasitəçi deyil. Bütün məsələləri də əlifbanın üzərinə atmaq olmaz. Bayaq qeyd etdimki, tez-tez əlifbalarımız dəyişib. Ayrı-ayrı illərdəki nə qədər yazılı abidələrimiz itib batıb. Əlifbanı dəyişməkdə böyük itkilərdən biri də maliyyə itkiləridir. Dərsliklər, ədəbiyyat dəyişmələr və s.i. Bunlar da vəsait tələb edir. Vəsait də ldövlətin büdcəsindən gedir. Burdan da maliyyə itkiləri yaranır. Ən əsası da əlifba dəyişikliyi ictimai-sistemimizi laxladır. Tarixi saxtalaşdırır, milləti geriyə atır. Biz stabil cəmiyyətdə yaşamağa nail olmalıyıq.
-Buludxan müəllim, bəs bugün sizin çalışdığınız Pedoqoji Universitetin tələbələri necə dilimizin təmizliyindən, imkanlarından yararlana bilirlərmi?
-Gənclik gələcəyimizdi. Bu təsadüfi deyilən söz deyil. Bəzən gəncliklə münasibətdə oğul-ata münasibəti qurmaq lazım gəlir. Oğulla ata arasında inkişaf dinamika baxımdan anlaşılmazlığa da gətirib çıxara bilər. Çox vaxt da gənclik bizim istəklərimizi tam ödəmir də,- deyirik. Mən bunun əleyhinəyəm. Azərbaycan gəncliyi elastik bir gənclikdir. Gənclərimizi hansı istiqamətə yönəltsən, o istiqamətə də gedir, uyuşur və uğurlu nəticələr verir. Azərbaycan gəncliyinin kifayət qədər potensialı var, istedadlıdır. Bilirsiniz, gəncliyimiz özündən böyük nəsildən çox şey umur. Biz nə qədər düzgün faydalar versək gənclik bir o qədər də bəhrələnəcək. Tam əminliklə deyim ki, bugün ki, gəncliyimiz öz tarixini də, mədəniyyətini də öyrənməkdə həvəslidir. Sadəcə olaraq bu həvəsə istiqamət vermək lazımdır. Bunu da deyək ki, Azərbaycan gəncliyi dünyadan təcrid olunmuş şəkildə yaşaya bilməz. Dünyada bugün ciddi proseslər gedir. İnformasiya texnologiya komunikasiya vasitələrinin həyatımıza gəlməsi ən əsas amildir. Gəncliyimiz də bunlardan istifadə etməyi bacarır. Bu çox gözəldir. Ancaq bugünkü gənclik 10-15 il bundan qabaqkı nəsillə müqayisə oluna bilməz. Əvvəl ki, nəsil daha çox kitaba üstünlük verirdi, bugün ki, gənclik isə bayaq qeyd etdiyim kimi, internetə, texnologiyaya. Bugün desək
ki, gənclik kitab oxumur, bu da doğru olmaz. Bilirsiniz bizim müasir gənclik öyrənməyə meyillidir. Bu da millətin xarakterindən irəli gəlir. Sadəcə olaraq bayaq da qeyd etdiyim ki, onları düzgün yönləndirmək lazımdır.
Bugün mənim tələbələrim ana dilimizdə gözəl danışırlar. Bədii ədəbiyyatlar oxuyurlar, xarici ədəbiyyatla maraqlanırlar. Mən desəm ki, tələbələrimdən razıyam, bu heç kimdə şübhə doğurmamalıdır.
-Buludxan müəllim, indi ortaq türk dili məhfumu daha çox gündəmdədi. Amma bizim əksər türk ortaq dastanlarımızın dili elə ortaq və hamı tərəfindən anlaşıq bir dildir. Elə deyək ki, Dədə-Qorqud dastanlarındakı qədim, həm də təmiz bir dil, həm tarix baxımından, həm etnik, həm də etno-coğrafi baxımından əvəzsiz bir mənbədir. Ancaq təəssüflər olsun ki, o qədimlikdən də o dildən də uzaqlaşırıq. Ayrı-ayrı adamların leksikonunda bu dildən nəsə qalsa da, bu gün dilimizdə kök salan əcnəbi sözləri də beləcə sıxışdırıb çıxarmaq olmazmı?
-Mən deyim ki, bugün elmi ictimaiyyətdə ortaq türk dili məsələsi müzakirə olunur. Suallar da yaranır ki, türk dilinin liğət tərkibi hansı sözlərdən ibarət olacaq. Müxtəlif versiyalar, fərqli münasibətlər var. Sualınızda həqiqət çoxdur, bunu da qəbel etməliyik. Ortaq türk dili yaranarkən onun lüğət tərkibi ortaq abidələrimizin lüğət sistemiylə qurulmalıdır. Ortaq yazılı abidələrimizdən biri də Kitabi Dədə Qorquddur. Kitabi Dədə Qorqud dastanı və bir çox ortaq dastanlarımızdakı söz türk xalqları tərəfindən yaxşı başa düşülür. Ortaq türk dilindən söhbət gedirsə xalqlarının ortaq dəyərlərindən istifadə olunmalıdır. Sualınızın ikinci hissəsinə cavab vermək istərdim. Qədim dastanlarımızdakı sözlərin bugün dilimizdə işlənməməsini qeyd etdiniz. Bununla tam razıyam, ancaq razılaşaq, bu sözlər ədəbi dildə işləmir. Bu cür sözlər xalqın dilində qalır və qorunur. Amma təəssüf ki, çox vaxt bu sözlərə dialekt sözlər deyilir. Bütün ləhcələrimizdəki dialekt sözlər ədəbi dilimizdən uzaqlışdırılıb və ortaq lüğətimiz dirilər. Görünür vaxt bu yanlışıqlığı düzəldəcək.
Dil də canlı orqanizmdi, onun da sağlamlığının keşiyində daima durmaq lazım gəlir. Suyunun, havasının təmizliyi də həmçinin vacibdi.




Savalan TALIBLI
azerbaycan radiosunun
emekdasi jurnalist
IP: --   

Azerbaycan dili
sensizolmaz
Grup: İdarəçi (ADMİN)
Mesaj Rütbesi: Super Member
Mesajlar: 725
Durum:

Vətən anadir vətəni unudmaq olmaz .::YAŞASİN AZƏRBAYCAN::.
Sağol əziz dost gözəl məqaləyə toxunmusunuz .


Təşəkkürlər



-----------------------
Board Image
Board Image



IP: --   

Azerbaycan dili
maria
Grup: Üzv
Mesaj Rütbesi: Yeni Yazir
Mesajlar: 8
Durum:
ellerize saglik.
IP: --   

Azerbaycan dili
sensizolmaz
Grup: İdarəçi (ADMİN)
Mesaj Rütbesi: Super Member
Mesajlar: 725
Durum:

Vətən anadir vətəni unudmaq olmaz .::YAŞASİN AZƏRBAYCAN::.
Azərbaycan dili



Azərbaycanda etnik ad yalnız «alban» adı deyildi. Cənub hissə
atropatenlər, şimal hissə albanlar, cənubda Atropatena dili, şimalda
Alban (Aran) dili ifadələri işlənirdi. Ərəblərin Azərbaycana müdaxiləsi
ilə bütün bunlarda dəyişiklik olur. ‘Türk’ etnik adı V əsrdən -
Sasanilər dövründən kütləviləşməyə başlamışdı, Sasanilər Çindən İrana
qədər böyük bir ərazidə yaranmış türk xaqanlığı ilə əlaqə saxlayır,
bə’zən qohumluq münasibətlərinə girməli olurdular. Bu minvalla
Azərbaycan türklərini də ‘türk’ adlandırırdılar. Və digər tərəfdən,
xaqanlığın öz dövründə xaqanlıq türklərinin Azərbaycana axını davam
etməkdə idi. Ərəblər şimallı-cənublu bu ölkəni də (Azərbaycanı) «türk
ölkəsi» bilir və ‘türk ölkəsi’ adlandırırdılar. Lakin ərəblər cənub
ərazilərindən tədricən şimala qalxdıqları və Atropatena sözünü öz
şivələrində ‘Azərbaycan’ şəklinə saldıqları, azərbaycanlıları qısa
şəkildə azəri adlandırdıqları üçün bu istilahı şimal türklərinə də
tətbiq etməyə başlamışdılar. Ona grə də ‘türk’ istilahı yalnız ‘Alban’
adını deyil, ‘madalı’ və ‘atropatenalı’ adlarını da əvəz etməyə
başlamışdı. Eyni vəzifəni azəri sözü də yerinə yetirməkdə idi. Bu
istilahların işlənməsi, bə’zi tarixçilərin qeyd etdiklərindən fərqli
olaraq, «VIII-IX əsrlərdən sonra» yox, erkən başlamışdı - türk sözü V,
azəri sözü VII əsrdən. Xalqın və onun dilinin təşəkkülü cənublu-şimallı
vahid proses kimi birlikdə getmişdir. İskəndərin işğalı dövründə,
Parfiya asılılığı dövründə, Sasanilər dövründə, ərəb istilası dövründə
daim şimalla cənub birlikdə olmuş, bir canişinlikdə birləşdirilmişdir.
Ona görə də təkcə atropatena və ya alban dilinin təşəkkülündən deyil,
söhbət hər iki ərazinin birgə türk-azəri dilinin təşəkkül və
inkişafından gedir. Bu dil artıq V əsrdə bütövlükdə ümumxalq dili
şəklində təşəkkül tapmışdı. VI-VIII əsrlər şifahi ədəbi dilin təşəkkül
və inkişafı dövrü kimi tarixə daxil olur. Gəlmə türk tayfalarının
hamısı yaxın və qohum tayfalar idi, dilləri bir-birindən az
fərqlənirdi. Odur ki heç bir tayfanın yeni gəlişi ədəbi dilin təşəkkülü
yolunda ağırlıq törətməmişdir. Əksinə, fars ən’ənəsi, ərəb asılılığı
sadə xalq dilini yazıda ağırlaşdırmışdır. Sonrakı əsrlərdə xalq bu
tə’sirdən, bu ağırlıqdan xilas olmağa çalışmış və buna tədricən
müvəffəq olmuşdur. Ona görə də etnogenezi iki mərhələyə ayırmaq məntiqi
deyil. Vahid etnogenezin təşəkkülü V əsrə aiddir. Səlcuq oğuzları
Azərbaycanda geniş məskən salmamış, müəyyən müddət yaşasalar da, Kiçik
Asiyaya irəliləmişlər. Onların dil-nitq tə’siri də daha çox
Azərbaycanın qərb qrupu şivələrində müşahidə olunur. Q.Qeybullayev
Anadoluda türk dilinin təşəkkülü ilə Azərbaycanda türk dilinin təşəkkül
spesifikasını fərqləndirməkdə tam haqlıdır və bu cəhətdən bir çox
tarixçi və dilçilərdən yüksəkdə durur: «Türkiyədə və Azərbaycanda etnik
proseslərin fərqli cəhətləri vardır. Türkiyə ərazisində həqiqətən tam
türkləşmə prosesi getmişdir və bu proses həm də xristian dininin
islamla əvəz olunması prosesi ilə yanaşı getmişdir. Azərbaycanlıların
etnogenezində türkləşdirmə (assimilyasiya) etnik prosesin xarakterik
xüsusiyyəti olmamışdır, çünki burada türk etnosları əvvəldən aparıcı
rol oynayırdı».(6;209) Bir tarixçinin dili ilə söylədyimiz bu fikirləri
biz dəfələrlə qeyd etmişik.

Qaynaqlar göstərir ki, azəri dili Azərbaycanın erkən türk əhalisinin
dili olmuş, fars dilindən və pəhləvi şivələrindən fərqlənmişdir.
«Əsrimizin 20-ci illərinə kimi və daha sonra tarixi ən’ənə azəri
məfhumunu azərbaycanlıların adı ilə bağlamışdır». (4; 226)

Board ImageThis image has been resized. Click this bar to view the full image. The original image is sized 888x671.Board Image

Azəri dilini Azərbaycan türk əhalisinin dili sayanlara (Lestrençin və
b.) e’tiraz etsə də, Ə.Kəsrəvi ərəb işğalından başlayaraq, Azərbaycanda
işlənən dilin azəri dili olduğunu təsdiq etmişdir: «Kəsrəviyə görə,
azərbaycanlılar islamiyyətin birinci əsrindən türk dili yayılana kimi
azəri dilində danışmışlar». (11; 115) Bu fikrin hər iki başı, yə’ni
azəri dilinin islamiyyətin birinci əsrindən yerli əhali «türkləşənə»
qədərki dövrdə işlənməsi məntiqsiz olsa da, «azəri dili» terminini
VII-XIII əsrlər arasında Azərbaycan xalqının dilinin adı kimi təsbit
etmişdir. Ə.Kəsrəvi və onun həmkarlarının fikrinə görə, birinci
minillikdə Azərbaycan ərazisində yaşayan əhali farsların tə’siri ilə
fars dilinə çevrilmiş bir dildə danışmış və farslaşdırılmışlar. «Azəri
dili» anlayışının mahiyyətinə düzgün varmadan onu fars dilinin bir qolu
hesab edən Ə.Kəsrəvi nəzərə almamışdır ki, Azərbaycan ərazisində e.ə.
III-I minilliklərdə və eramızın I minilliyində aborigen və gəlmə
türklər o qədər güclü idi ki, onların dilini fars dili heç cür
assimilyasiyaya uğrada bilməzdi. Əksinə, yerli türk dili Azərbaycan
ərazisinə axan yeni türklərlə daha intensiv qaynayıb-qarışmış və bir
çox istilaçıları da türkləşdirmişdir. Ə.Kəsrəvi azəri dilinin
mahiyyətində başqa dili düşünsə də, bu, xalis türk dili idi və türk
dili olmaqla hətta Azərbaycana köçürülən hakim ərəbləri də öz tə’siri
altına alır, onları türkləşdirirdi. Belə bir şəraitdə türk dilinin
farslaşdırılmasından söhbət gedə bilməzdi. Ə.Kəsrəvi özü fakt
qarşısında qalaraq yazırdı:»Azərbaycanda üç yüz ildən artıq hökmranlıq
etmiş olan ərəblər nəinki bu ərazinin sakinlərinin dilini dəyişə
bilməmiş, əksinə, özləri də dillərini itirib onlarla qarışmışlar» (11;
116) Tarixə azacıq nəzər salan hər kəs bilir ki, ərəbləri Azərbaycanda
türklər assimilyasiyaya uğradıb türkləşdiriblər. Ona görə də
Ə.Kəsrəvinin yuxarıdakı sözləri tam həqiqətdir. Bu həqiqət, eyni
zamanda, məntiqi şəkildə sübut edir ki, o, bilə-bilə azəriləri
irandilli hesab etmişdir. Ərəblərin Azərbaycana ilk gəlişi,
Əl-Bəlazurinin qeydinə əsasən, Əş’əsin vaxtında olmuş, Azərbaycan
əhalisi yenidən ərəblərə qarşı üsyan etdikdə Azərbaycana Kufədən xeyli
ərəb göndərilmişdir. Bir qədər sonra yenə Azərbaycana Kufə, Bəsrə və
Suriyadan bir sıra ərəb tayfaları köçürülmüşdür. Onlar Azərbaycanda
istədikləri qədər torpaq sahəsi tutmuşlar. Lakin az sonra onların
özləri arasında düşmənçilik yaranmış, bu düşmənçilik silahlı toqquşma
ilə nəticələnmiş, yalnız Harun ər-Rəşidin zamanında sabitlik
yaranmışdır. Ərəblər sonralar öz ölkələri ilə əlaqəni itirmiş,
dillərini unutmuş, türk dilini mənimsəmiş, türk adətlərini öyrənmiş və
türkləşmişlər. (12; 170-177)



Ə.Kəsrəvi fars şovinizminin ən qatı təbliğatçısı kimi deyirdi: «Bizim
fikrimizcə, bundan sonra dəmir yolunun İranın şəhərlərini bir-birilə
birləşdirməsi, habelə kəndlərdə məktəblərin açılması, mətbuatın kütləvi
surətdə (kitab, məcmuə, qəzetin) yayılması ilə əlaqədar olaraq türk
dilinin aradan çıxması Azərbaycanda xüsusilə nəzərə çarpacaqdır. Ola
bilsin ki, bir-iki əsrdən sonra bütün iranlılar üçün bir dil olsun və
türk, ərəb, kürd, mazandaran, gilan, sisan, simnan, bəxtiyar, lur,
şüştər və digər ləhcələrin adlarından başqa bir şey qalmasın».(11; 120)
Heç şübhəsiz, bu, alim uzaqgörənliyi deyildir və bu sözlər müəyyən
dairələrə xidmət üçün söylənmişdir. Azərbaycan ərazisində son iki min
il ərzində türk dili getdikcə daha çox qol-qanad atdığı halda, bir sıra
başqa etnoslar (tatlar, talışlar, ləzgilər, udinlər və b.) öz dillərini
qoruyub saxlamışlar. Hind-Avropa mənşəli tayfalar Azərbaycan ərazisinə
sonralar gəlmişlər: »Əslində, Hind-Avropa dil ailəsinə mənsub ari
mənşəli tayfalar er.əv. II minillikdə Cənubi-şərqi Avropadan Orta
Asiyaya gəlmişlər. Er.əv. 1700-1500-ci illərdə onların bir hissəsi -
vedalar ayrılaraq Hindistana getmiş, indiki farsların, taciklərin,
əfqanların, Pamirdə irandilli kiçik xalqların, kürdlərin, talışların,
tatların, kiləklərin və s. ulu əcdadları isə Orta Asiyada və
Əfqanıstanda qalmışlar. Er. əv. birinci minilliyin əvvəllərində
farsların, kürdlərin, talışların, tatların, giləklərin və s. ari
adlanan əcdadları İran ərazisinə gəlmişlər.»(13; 39) Hind-İran dil qolu
parçalandıqdan sonra İran qolu hazırkı İran yaylasının mərkəzində və
cənubunda məskunlaşmış, e.ə. I minilliyin ortalarında İran ləhcələrində
danışan bir sıra etnoslar Azərbaycanın şərq və qərb rayonlarına
irəliləmiş, burada irandilli etnosların əsasını qoymuşlar. Azərbaycan
ərazisində qədimdən irandilli tayfalar olmamış, bu cür tayfalar e.ə. I
minilliyin ortalarından gəlmişlər. Bunu İ.Əliyev özü də təsdiq edir:
«İnamla deyə bilərik ki, əlimizdə elə bir fakt yoxdur ki, midiyalıların
gəlmə element olduğunu sübut etsin. Lakin bunu deyə bilərik ki, hər
hansı bir irandilli tayfa Midiya ərazisinə gəlmişdir». (14; 90)



Erkən orta əsrlərdə - Parfiya dövründə bir sıra irandilli tayfalar
Azərbaycan ərazilərinə köçürülmüşdür. Lakin bunlar azlıq təşkil
edirdilər. Ölkəmizin ərazisindəki tatlar, talışlar, kürdlər, lahıclar
yenə də iki min il əvvəlki yerlərində yaşamaqdadırlar və yerlərini çox
nadir hallarda dəyişənlər olmuşdur. Talış zonasından aşağılarda Gilan
və Mazandaran dilləri yayılmışdır ki, bunlar pəhləvi ləhcələrindən
sayılır. İran-fars şovinizmindən fərqli olaraq, Azərbaycanda heç bir
etnosun dili sıxışdırılmır. Heç farslar da istədiklərinə nail ola
bilməyəcəklər, çünki bir xalqı nə qədər sıxsan, o o qədər güc toplamağa
çalışacaqdır. Azlıq təşkil edib yeni gələn etnosların dili o zaman
yerli dil ilə tez qovuşa bilər ki, onlar qohum dillər olsunlar.
Azərbaycanlıların qədim dili olan azəri dilini pəhləvi dilinin
dialektlərindən sayan alimlər qəsdən nəzərə almırlar ki, tarixin
üzərinə o qədər qalın pərdə çəkmək olmaz. «...Azərbaycanın bir sıra
əllamə alimlərinin təsdiqinə çalışdıqları nəzəriyyənin, yə’ni Azəri
türklərinin farsdan dönməsi «ideyası» Ulu Tarixin təkərlərinin altına
zorla soxuşdurulan pazdır. Sür’ətlə axıb gedən, şütüyən Zaman qatarının
polad təkərləri altına paz qoymağa sə’y göstərmək, özünü, öz hissiz,
duzsuz, əndamsız şəxsi varlığını təhlükədə qoymaq deməkdir. Yə’ni pazın
əvəzinə özün düşə bilərsən u iti çarxların altına». (16; 214)



Cənubi Azərbaycan əhalisinin dilindən bəhs edən ərəbdilli qaynaqlarda
azəri termini tez-tez xatırlanır. Yaqut Həməvi (XII-XIII əsrlər)
göstərir ki, «onların (Azərbaycan əhalisinin - Q.K.) dilini əl-azəriyə
adlandırırlar. Onu başqaları anlamır». Yaqubi (IX əsr), Məs’udi (X əsr)
və başqaları da «azəri dili» haqqında mə’lumat vermişlər.(4; 222-223)
Onlar bu dilin türk dili olduğunu qeyd etməsələr də, onu fars dilindən
fərqləndirmiş və Azərbaycan ərazisində fars dili ilə yanaşı əsas dil
olduğunu söyləmişlər. Çox zaman İran asılılığında olan ölkələrin
hamısının dilini fars dili adlandırmış və yerli xalqın dili ilə rəsmi
dövlət dili kimi istifadə edilən fars dilini eyniləşdirmişlər. Məsələn,
Məs’udi farslara tabe olan Azərbaycan, Ərməniyə, Arran, Beyləqan,
Dərbənd, Rey, Təbəristan, Əl-Maskat, Şabiran, Curcan, Nisabur, Herat,
Mərv kimi ölkə və vilayətlərin adını çəkərək yazır: «Bütün bu ölkələr
vahid idarəyə, vahid hökmdara və vahid dilə malikdir. Onların dilləri
bir sıra fərqlərə baxmayaraq, birdir, çünki yazdıqları hərflər eynidir,
hərflərin birləşməsi də eynidir. Ancaq digər nisbətdə götürəndə bunlar,
məsələn, (necə ki), pəhləvi (əl-fəhləviyə), dəri (əl-dəriyə), azəri
(əl-azəriyə) və başqaları fars dilindən fərqlənirlər». (4; 224)
Göründüyü kimi, müəllif bütün bu ərazilərdə işlədilən əlifba ilə
dilləri eyniləşdirmiş, dillər arasındakı kəskin fərqlərə ciddi diqqət
yetirə bilməmiş, onları bir-birinə yaxın saymış, lakin son məqamda yenə
fərqləndirməyə məcbur olmuşdur.



Azəri dilini fars dili hesab edənlərin söykənəcəkləri ondan ibarətdir
ki, azəri adlı farsdilli bir tayfa olmuşdur və azəri dili ifadəsi də
onların dilinin adı kimi yayılmışdır. Bunun əksinə, belə bir fikir də
var ki, azəri sözü «dilləri bizim dilin kökündə dayanan» as tayfa
adından və ər sözündən ibarət olub (sondakı -i mənsubiyyət bildirən
şəkilçidir), ‘as ərləri’ deməkdir. (15;3) Bu aslar haqqında əfsanələr
böyükdür və onlar bütün Asiyanın, hətta uqor-fin dillərinin kökündə
dayanan bir tayfa kimi səciyyələndirilir. İranşünaslar isə, dediyimiz
kimi, azəriləri İran tayfalarından biri hesab edib irandilli əhali
saymışlar. Biz qeyd etmək istərdik ki, bəlkə də Azərbaycan sözünü
əfsanəvi qədim aslarla bağlamaq olar, lakin bu xalqı və onun dilini
farsdilli güman edilən bir tayfa adı ilə heç cür əlaqələndirmək mümkün
deyildir. Çünki tarixin az-çox yazılı mənbələri olan son beş min ili
ərzində Azərbaycanda və hətta yaxın ətraf ərazilərdə asər və ya azəri
adında türk və ya irandilli aparıcı bir tayfaya təsadüf edilməmişdir.

Azəri sözü tayfa adı olmayıb Azərbaycan sözündən yaranmışdır -Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır.

Antarpatianu və Atropatena sözləri uzun müddət unudulmamışdır. Monqol
basqınlarını gözləri ilə görmüş Gəncəli Kirakos 1241-ci il
hadisələrindən bəhs edərək yazır: «Onlar (monqollar - Q.K.) getdikcə
farsların bütün ölkəsini, Atrpatakanı, Deyləmi dağıtdılar, qarşılarında
bir maneə qalmasın deyə, hamısını bir-bir yağma etdilər».(5; 162) Bu
forma - Atrpatakan, təbii ki, erməni tələffüz formasıdır və bu
tələffüzdə sözün birinci hecasındakı An allah adının «n» samiti
düşdükdən sonra irəli çıxan «dz» qovuşuq səsinin birinci komponentinin
karlaşmış variantı (d>t) saxlanmışdır. Ərəblər isə həmin qovuşuq
səsin ikinci komponentinə öz dillərinin xarakterinə uyğun olaraq
üstünlük vermiş, sözü Adzirbican - Azirbican - Azərbican şəklində
tələffüz etmişlər. Azəri sözü bu sözdən, bu tələffüzdən yaranmışdır.



Təbii ki, ərəb işğalına qədər və sonralar da müxtəlif dil mühitində
(yerlilərin, qonşuların, gəlmələrin dilində) Atropatena dili, azəri
dili, Arran dili, türk dili və s. terminlər paralel işlənmişdir. Cənub
Azəbaycan idi, lakin elə bir vəziyyət yaranmışdı ki, ara-sıra «Arran»
sözü işlədilsə də, ərəblər üçün «şimal» və «cənub» söhbətləri yox idi,
ərəblər Arranı da «Azərbaycan» adlandırırdılar. Vahid Azərbaycan var
idi və bunu mənbələr də təsdiq edir. N.Vəlixanlı bu cəhəti xüsusi
nəzərdən keçirərək yazmışdır: «...ərəb müəllifləri Zaqafqaziyanın
işğalı ilə bağlı hadisələri qeyd edərək, Arran - Albaniya ərazilərini
həm də Azərbaycan adlandırırdılar. Faktlara diqqət yetirək. Əl-Kufiyə
görə, «əl-Ədiyyə (ibn Aliyyə əl- Kindi) (Ömər ibn-Əbd əl-Əzizlə
göndərilmişdir, 717-720-ci illər - N.V.) Azərbaycan ölkəsinə yollanmış
və Beyləqanda yerləşmişdir... Əl-Haris ibn Əmr (Ədiyyədən sonrakı
hakim, yenə Ömər ibn-Əbd əlƏziz tərəfindən tə’yin edilmişdir - N.V.)
Azərbaycan ölkəsinə yollandı və Bərdədə dayandı. Əl-Cərrəh ibn-Abdullah
əl-Həkəmənin (722-725, 729-730-cu illərdə Azərbaycan hakimi) Şəkiyə
gəlişini xatırlayaraq, əl-Kufi yazır: «O (xəlifə Hişam - N.V.) əl-
Cərrəh ibn-Abdullaha əmr etmişdi ki, Azərbaycanda qalsın». Əl-Təbəri və
İbn əl-Əsirin mə’lumatına görə, 91-ci ildə (709-710) Məsləmə ibn-Əbd
əl-Malik türklər (başqa sözlə, xəzər) əleyhinə yeni yürüş təşkil etdi
«və Azərbaycan vilayətində əl-Babı əldə etdi, şəhərlər və qalalar işğal
etdi».(9; 80)



Bunlar çox maraqlı və çox aydın faktlardır. 1300 il əvvəl Azərbaycanın
bu cür bütövlüyü onun vahid xalqından, vahid dilindən xəbər verir.
Xalqın dili türk dili idi. Türklər Qara dənizin və Xəzərin şimalında,
bütün Orta Asiyada, Altaydan Balkana qədər geniş ərazidə yayılmışdı.
Ona görə də fərqləndirmək üçün ərəblər «Azərbaycan» dedikləri bu
ərazidə işlədilən dili «əl-azəriyə» - azəri dili adlandırırdılar və bu,
son dərəcə uğurlu bir tapıntı idi. Əgər Ə.Kəsrəvi kimilərin qərəzli və
yanlış iddiaları olmasa idi, tarixçilərimiz bu uydurmalara uymasa
idilər, bu addan vaxtilə (XX əsrin 70-ci illərində) azərbaycanlılar
imtina etməklə (və ya onları buna məcbur etməklə) böyük səhvə yol
verməz, Azərbaycan ziyalıları arasında «türk dili» və ya «Azərbaycan
dili» söhbətləri ilə ixtilaf yaradılmazdı.

XI əsrin görkəmli Azərbaycan alimi Xətib Təbrizinin (1030-1108) öz
müəllimi Əbül Üla Məərri ilə məşhur söhbətində azəri dilinin
«Azərbaycan əhalisinin dili» kimi təqdim edilməsi «azəri dili» dedikdə
türk dilinin nəzərdə tutulduğuna əyani misaldır. Söhbətin məzmunu
belədir: «Xətib Təbrizi danışırdı ki, Nemanda (şəhərdə) Məərrinin
məscidində mən onun (Əbül Ülanın) qarşısında oturmuşdum və ona kitabdan
nə isə oxuyurdum. O (Xətib Təbrizi) dedi: «Mən iki il idi onun yanında
qalırdım. Öz ölkəmdən heç kimi görməmişdim. Bu zaman birdən namaz
qılmaq üçün məscidə daxil olan bir qonşumuzu gördüm və onu tanıdım.
Şadlıqdan əhvalım tamam dəyişdi. Əbül Üla mənə dedi: «Sənə nə oldu?»
Mən ona cavab verdim ki, iki ildir, öz ölkəmdən heç kimlə görüşməmişəm.
Bir qonşumu gördüm. O mənə dedi: «Get, onunla söhbət elə». Mən dedim:
«Qoy dərsimi qurtarım». O dedi: «Dur, mən səni gözləyərəm». Mən durdum
və onunla (qonşumla) xeyli azəricə danışdım və nə istəyirdim, hamısının
haqqında soruşdum. Mən qayıtdım və onun (Əbül Ülanın) hüzurunda
oturdum. O dedi ki, bu nə dildir? Mən dedim: Bu, Azərbaycan əhalisinin
dilidir. O dedi, mən (bu) dili bilmirəm və başa düşmürəm. Ancaq sizin
bütün söhbətinizi əzbər yadda saxlamışam. Bundan sonra o bizim bütün
danışdıqlarımızı sözbəsöz təkrar etdi. Qonşum hədsiz dərəcədə təəccüb
etdi və dedi, o ona mə’lum olmayanı necə əzbər öyrənə bilmişdir».
[463,s.145-146] (6; 129)



Ə.S.Sumbatzadə bu gözəl mətni öz əsərində vermiş və azəri dilinin İran
dillərindən biri olduğunu sübuta çalışmışdır. Hətta XIII əsrin birinci
rübünədək yaşamış Yaqut Həməvinin (1179-1229) yuxarıda verdiyimiz fikri
də nəticə çıxarmaq üçün «əsas verməmiş», müəllif azəri dilinin
birdən-birə türk-monqol tə’siri ilə izsiz yox olduğu qənaətinə
gəlmişdir. Azərbaycan ərazisindəki ən xırda irandilli etnoslar bu günə
qədər yaşadığı halda, «Azərbaycan əhalisinin dili» olan azəri dili yox
olub aradan çıxmış, heç bir iz qoymamışdır. Bütün axtarış və
tədqiqatlarında düzgün yol tutan Q.Qeybullayevin «azəri dilini müasir
talışların dili saymaq olar» (13; 224) ifadəsi də onun yaradıcılığı
üçün ciddi qüsurdur. O, azəri dilini irandilli bir tayfanın dili hesab
etdiyi üçün bu dilin Cənubi Azərbaycan - Atropatena ərazisində geniş
yayıldığını söyləyən alimlərin - S.Y.Qasımova, A.P.Novoseltsev və
başqalarının fikirləri ilə razılaşmamış, onun geniş yayıla bildiyinə
şübhə ilə yanaşmışdır.(13; 225)



Heç bir alim Xətib Təbrizi ilə Məərrinin söhbətindəki bir məqama düzgün
diqqət yetirməyib. Xətibin dediyi sözü yanlış olaraq azəri dili
şəklində izah etmişlər. Mətndə azəri yox, azərbi sözü işlənmişdir.
Ə.Sumbatzadə həmin əhvalatın ilk mənbəyini göstərməklə rus mətni
içərisində sözün həmin mənbədə necə yazıldığını da ərəb qrafikası ilə
qeyd etmişdir. Müəllif yazır: «Verilmiş parça ilk növbədə Əbdülkərim
ibn-Məhəmməd əs-Səmaninin (1114-1166) «Kitab-əl-ənsab» əsərində
mühafizə olunmuş, Xətib Təbrizinin öz yerlisi ilə söhbət dilindən bəhs
olunarkən ba-l-azərbicide, b. s. «azəri dilində» ifadəsi qeydə
alınmışdır». (6;129) T.İ.Hacıyev M.Mahmudovun «Piyada... Təbrizdən Şama
qədər» (1982) əsərinə əsaslanaraq həmin sözü azrəbi şəklində
göstərmişdir. Müəllif eyni əhvalatı xatırlayaraq sözün işləndiyi
cümləni belə vermişdir: «Ayağa qalxdım və azrəbi dilində onunla xeyli
söhbət edib məni maraqlandıran hər şeyi ondan soruşdum». Müəllif yenə
M.Mahmudova əsaslanaraq yazır: VII əsrdən mə’lum olan mənbələrdə
ərəblər Azərbaycana Azrəbican demiş və sifət məqamında həmin sözü
azrəbi şəklində işlətmişlər».(23;5) Burada T.İ.Hacıyevin azrəbi dilini
«Azərbaycan əhalisinin türk dili» adlandırması bizi maraqlandırmır -
dilimizin tarixinə az-çox bələd olan şəxs başqa cür düşünə bilməzdi.
Bizi maraqlandıran sözün həm formaca, həm də məzmunca əsasən düzgün
mə’nalandırılmasıdır. Ə.Sumbatzadə sözün yazılışını düxgün vermiş,
lakin onun oxunuşunu təhrif etmişdir, dilin mahiyyətini isə mə’lum
mənfur konsepsiyanın mövqeyindən izah etmişdir. Ə.Sumbatzadənin həmin
sitatla bağlı şərhlərinə qayıtmasaq da, tarixçinin öz xalqının və onun
dilinin tarixi barədə bu qədər yanlış və bəsit düşüncələrə malik
olduğunu (bax: 6;129-130) düşündükcə heyrətlənməyə bilmədik. M.Mahmudov
və T.İ.Hacıyevdə biz bir elementin ərəb əlifbasından düzgün əxz
olunmadığını güman edirik. Biz bu fikirdəyik ki, mahiyyətlə çox bağlı
olan söz azrəbi yox, azərbi şəklində oxunmalı idi və bu cəhətdən
Ə.Sumbatzadə ərəb əlifbası ilə sözü düzgün vermişdir: ba-l-azərbicide.
Sözün bu şəkildə oxunuşu ona görə doğrudur ki, bu söz Azərbican
sözündəndir, Azərbican sözünün bir hissəsidir və «Azərbaycan sözünün
sifət kimi işlənən formasıdır» dedikdə bizim mövqeyimizə müvafiq
şəkildə geniş düşünülməmiş olsa da, T.Hacıyev həqiqətin üstünə gəlib
çıxmışlar. Bütün bunlar göstərir ki, azəri sözü as və ya az tayfa adı
ilə deyil, Azərbaycan sözü ilə bağlıdır və o da aydın olur ki, bu söz
birdən-birə tapılmamış, ilk dövrlərdə ərəblər Azərbaycan dili
anlayışını azərbi dili şəklində işlətmiş, tədricən «b» samiti də
atılmış, azəri dili ifadəsi təşəkkül tapmışdır.



Beləliklə, azəri sözü ərəb istilası zamanından intesiv şəkildə işlənmiş
və o gündən ki ərəblər bütün ölkəni «Azərbaycan» adlandırmağa
başlamışlar, o gündən də dilimizə bu kökdən «-əl-azəriyə» - azəri dili
demişlər. Etimoloji cəhətdən Azərbaycan sözünün kökündə nə durursa,
«azəri» sözündə də o durur. Bu söz 1300 ildir ki, işlənməkdədir. Bəs
necə olmuşdur ki, «türk dili» ifadəsi bunu üstələmişdir?



Görünür, azəri dili bir termin kimi daha çox ərəb təhsillilərin dilinə
məxsus olmuş, ərəblər Azərbaycanda öz mövqeyini itirdikdən sonra
«azəri» sözü də işləkliyini zəiflətmişdir. Lakin bu söz işləkliyini
zəiflətsə də, tamamilə unudulmamış və bütün sonrakı minillik boyu daim
Azərbaycan türk dilinin yığcam ifadə vasitəsi kimi gərəkli olmuşdur.
XIII əsrdə elmi ədəbiyyatda öz izini saxladığı kimi, XIX əsr
mənbələrində də özünə yer tapmışdır. Şübhə etmirik ki, arada olan beş
əsrlik mənbələrdə də bu söz işlənməmiş deyildir. Lakin bu da bir
faktdır ki, X-XII əsrlərdən «türk dili» ifadəsi üstün mövqe qazanmış,
«azəri» sözünün işləkliyini məhdudlaşdırmışdır.

Y.B.Yusifov Yaqut Həməvinin (XII-XIII əsrlər) azəri dili haqqında
mə’lumatını xatırladıb qeyd edir ki, bundan sonra «Azəri dili haqqında
qaynaqlarda daha mə’lumat verilmir. Bu dövrdə (XII-XIII əsrlər), yəqin
ki, «azəri dili» anlayışı «türk dili» anlayışı ilə əvəz olunur».(4;
225-226)

Mühüm bir problem kimi bu da maraqlıdır ki, bütün türk xalqlarının dili
türk dili olduğu halda, nə üçün türk dili ifadəsi yalnız bizim dildə,
bizim dil üçün mühafizə olunmuşdur?



Əvvəlcə onu qeyd edək ki, yuxarıdakılardan belə bir nəticə çıxarmaq
olmaz ki, türk dili ifadəsi XIII əsrdə yaranmışdır. VI əsrin
ortalarında - 550-ci ildə Bumın xaqan I Göytürk dövlətini yaratmış və
rəsmi olaraq «türk» sözünü öz dövlətinin adı kimi qəbul etmişdi:
dövlətləri türk dövləti, dilləri türk dili adlanırdı. VI-VII əsrlərdə
80 il ömür sürən bu dövlət sonralar öz müstəqilliyini itirmiş,
630-680-ci illər arasında əhali 50 il Çin tabeliyində olmuşdur. 681-ci
ildə müstəqillik qazanaraq II Göytürk dövlətini (681-744) yaratmışlar.
Bu zaman Göytürk dövləti öz ərazilərini daha çox genişləndirmişdir.
VIII əsrin ilk günlərində (701) türklər artıq şimaldan Sasanilərin
keçmiş sərhədlərinə gəlib çıxmışdılar. Bu dövrdə Azərbaycan və Aran
ərəblərin işğalı altında idi.



Elə bir dövr idi ki, ərəblər Azərbaycanı bütöv görür və onun «qədimdən
türk yurdu» olduğunu yaxşı bilirdilər, dəfələrlə yerli əhali ilə
toqquşmalı olmuşdular. Bir tərəfdən də yeni türk axınları davam etməkdə
idi. Aramsız olaraq türklər türk yurduna axışırdılar. Buna görə də
ərəblər təbii, qanuni, məntiqi bir iş görmüş, fərqləndirmək üçün
türkdilli Azərbaycan əhalisini azərilər, əhalinin dilini azəri dili
adlandırmışlar. Lakin «azəri» sözünün rəsmi işlənmə imkanları türkdilli
əhalinin öz dillərini «türk dili» adlandırmasına mane olmamış, yuxarı
dairələrdə daha çox «azəri dili», geniş xalq arasında «türk dili»
sabitləşmişdir. Ərəblər bir işğalçı kimi zəiflədikcə «türk dili»
üstünlük qazanmışdır. Təsadüfi deyildr ki, böyük Nizami də XII əsrdə
«türkcə» sözünü işlətmişdir. Şahın məktubunda deyilir:



Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti) deyil,

Türkəvara deyilmiş söz bizə layiq deyil.(40; 35)



Poema Şirvanşah Mənuçehr oğlu Məlik Axsitanın şairə müraciəti əsasında
yazılmışdır. Şah özü onu ərəb-fars inciləri ilə bəzəməyi məsləhət
görmüşdür. Məzyədilər sülaləsindən olan Şirvanşahlar ərəb nəslindən
idilər və X əsrdən fars dilinin aşiqi olmaqla sarayda fars dilindən
istifadə edirdilər. Şirvan dövlətinin sonuna qədər də (XVI əsr) fars
dilinə üstünlük vermiş, türk dilinə həqarətlə baxmışlar.



Bütün bunlar aydın və şübhəsizdir. Lakin biz şimallı-cənublu Azərbaycan
türk əhalisinin dilinin türk dili adlandırılmasını eramızın I
minilliyində ərəblərin müşahidə etdiyi «türk ölkəsi» və ya yeni türk
axınları və yaxud da Göytürk dövləti sərhədlərinin şimaldan Azərbaycana
çatması ilə məhdudlaşdırılmalı olan bir prosesin nəticəsi kimi təsəvvür
etmirik. Bütün ilkin türk tayfaları Ön Asiyada doğulduğu kimi, türk
sözü də Ön Asiyada doğulmuşdur. Lakin sonralar Şərqdə daha çox
güclənmiş və güclü bir tufan kimi öz dalğalarını bütün qərbə və o
cümlədən Cənubi Qafqaza, daha aşağılara yayan bir dövlətin adı kimi
geri qayıtmışdır.

Xalq öz varlığını, müstəqilliyini cana doyduğu işğallardan qorumağa
çalışdıqca öz mədəniyyətini, maddi-mə’nəvi özünəməxsusluqlarını da
qorumuşdur. Budur, Yaqut Həməvidən 70-80 il sonra Həmdullah Qəzvini
fars dilində yazdığı («Nüzhətül-qülub» - «Ürəklərin əyləncəsi»)
əsərində artıq «türk» sözündən bol-bol istifadə edir: «Xoy türk diyarı
kimi tanınmışdır». «Təbrizlilər görkli bir kimsəni cındır geyimdə
gördükdə öz türk dilində məsəl çəkirlər: «Hüluki üzümü yırtıq səbətdə
durmaz...» «Burada yaşayan xalqın üzünün rəngi ağdır, türk dillidir və
çoxu hənəfi təriqətindəndir» və s.(5; 169-170) Bu dövrdə artıq qonşu
Anadoluda Osmanlı dövləti (1299-1924) yaranmışdı və dilləri rəsmi
olaraq «Osmanlı dili» adlanırdı. Xəzərin cənub-şərqində və şərqində isə
hər bir türk dilinin adı vardı və ona görə də azərilərin öz dillərini
«türk dili» adlandırmaları üçün heç bir rəqabət və təhlükə yox idi.



»Azəri» sözü az işlənsə də, unudulmurdu. Azərbaycan dilini ilk dəfə
rəsmi dövlət dili e’lan edən Şah İsmayıl, təbii olaraq, «türk dili»nə
üstünlük verir. Şah İsmayıl Azərbaycanın həqiqi müstəqilliyinə
çalışmış, ona görə də Anadolu türkləri ilə qarışmamaq, müstəqil
Azərbaycanın müstəqilliyini əbədi etmək üçün osmanlıların sünni məzhəbi
müqabilində şiəliyi genişləndirməklə yanaşı, dövlət dilini və onun
adını da beynəlxalq aləmə tam fərqli şəkildə - xalqın işlətdiyi kimi
çatdırır və bu hal «azəri dili» termininin daha çox məhdudlaşmasına
səbəb olur. Eyni anlayış haqqında iki termindən «türk dili»nin üstünlük
qazanmasında həqiqətən Şah İsmayılın xidməti böyükdür. Lakin bundan
istifadə edən İranpərəstlər xalqı və bütün elm, bilik sahiblərini
aldatmağa çalışmış, azəri dilinin guya İran dilləri qrupuna daxil olan
bir dil olduğunu və həmin dilin zorla Şah İsmayıl tərəfindən məhv
edildiyini, yerinə türk dilinin qoyulduğunu isbat etməyə cəhd
göstərmişlər. Amma Şah İsmayılın «canını qurtaranlar», bu prosesi -
türk dilinin fars azəri dilini hələ XIV əsrdə məhv etdiyini, yalnız
sıxışdırılıb Ərdəbildə qaldığını iddia edənlər də var.(17; 46) Bunlar
son dərəcə məntiqsiz düşüncələrdir. Şah İsmayılın xidmətlərini
unutdurmağa çalışanlar da vardır: Guya Şah İsmayılın Osmanlı sultanları
ilə bir-iki yazışmasından başqa, qalan bütün dövlət işləri farsca
aparılmış; azərbaycanlılar Şah İsmayıla kimi və hətta ondan sonra XVII
yüzilliyə kimi, kökcə İran mənşəli olan azəri dilində danışmış; Şah
İsmayıl isə güc işlədərək bu dili azərbaycanlılara yabançı olan «türk
dili» ilə əvəz etmişdir. Halbuki alman alimi Adam Olearinin yazısında
1630-cu illərdə, hətta paytaxtın Səfəvilər tərəfindən İran şəhəri
İsfahana köçürüldüyü çağlarda əcnəbi elçilərin qəbulunda sarayda
Azərbaycan dilinin işləndiyi göstərilir. Fransız səyyahı Jan Batist
Tavernye də eyni həqiqəti qeyd etmişdir: «Saray adamlarının dili türk
dilidir». (5; 185)



Azəri dilinin İran dil qrupuna aid olması barədə iddialar xalis
cəfəngiyyatdır. Bir anlığa düşünək ki, bu iddialar (Azərbaycan
əhalisinin dilinin azəri adlanan İran köklü tayfa dili olması) doğrudur
və ölkə əhalisinin dili fars dilindən fərqli (iddiaçıların fikrinə
görə, talış dilinə yaxın) bir dil imiş. Cəmi 37-38 il ömür sürmüş Şah
İsmayıl bu dili necə dəyişib türk dilinə çevirə bilərdi? Şah İsmayıldan
200 il əvvəl Həmdullah Qəzvini Təbriz, Xoy kimi iri şəhərlərin, paytaxt
şəhərinin əhalisinin türkdilli olduğunu qeyd edirsə, «İran köklü» azəri
dilində kim danışırmış?



Yaqut Həməvi ərəb idi və çox olsa, fars dilini də bilərmiş. Görünür,
türk dilini bilmirmiş. Onun, «Onlar azəri dilində danışırlar, bu dili
başqaları anlamır» deməsi bir çoxlarını bu qənaətə gətirir ki,
Azərbaycanın əhalisi elə bir spesifik İran dilində danışırmış ki,
onların dilini başqaları anlamırmış. Onun bir çox hallarda düzgün
olmayan, təqribi mülahizələri İranşünaslara qol-qanad vermişdir. Yaqut
Həməvi çox zaman öz mə’lumatlarını gözü ilə gördükləri əsasında deyil,
«Əl-İstəxrinin deməsinə görə», «söyləyirlər ki», «Mənim inandığım
tacirlərdən biri mənə danışırdı ki», «Mən düşünürəm ki», «Azərbaycanda
mən Bərdədə yaşamış adamlar ilə görüşmüş və onları şəhər haqqında
sorğuya tutmuşam, onların deməsinə görə» kimi «əsaslar» üzərində
qurmuşdur. Onun dillər haqqında mə’lumatında da bu cür
qeyri-müəyyənliklər müşahidə olunur: «O (Bab-əl Əbvab - Dərbənd) bir
çox düşmən və müxtəlif dillərdə danışan xalqlar əhatəsindədir».
«Deyirlər ki, Bab-əl Əbvabdan o yana uzanan dağlarda 70-dən çox xalq
yaşayır, bunların hər biri ayrıca öz dilində danışır və bu dili
qonşular başa düşmür». (5; 167) Dərbənddən yuxarıda qafqazdilli xalqlar
yaşayır və onlar daim bir-birini başa düşüblər. Qafqazdillilərdən
başqa, ikinci böyük dil qrupu hunlar, xəzərlər və ümumən türklər idi.



Yuxarıda - Şah İsmayıl ilə bağlı sitatda bir fikir doğrudur:
«azərbaycanlılar Şah İsmayıla kimi və hətta ondan sonra XVII yüzilliyə
kimi... azəri dilində danışmış»lar. Əslində, bunu belə başa düşmək
lazımdır ki, XVII əsrədək azərbaycanlılar «türk dili» ilə yanaşı, öz
dillərinə «türk dili» mə’nasında «azəri dili» də demişlər. Bu, tam
doğru fikirdir.



XV əsrdən başlayaraq Osmanlı imperiyası zəifləməyə, Osmanlı dövləti
tutduğu əraziləri itirməyə başlamışdır. Nəhayət, tədricən türklərin
(osmanlı türklərinin) hakimiyyət dairəsi Anadoluya sığışmışdır.
«Osmanlı imperiyası», «Böyük Osmanlı dövləti» kimi ifadələr də öz
əhəmiyyətini itirmişdir. Belə bir vaxtda yalnız öz əzəli yurdları ilə
kifayətlənməli olan Osmanlı türklərinə «Anadolu türkləri» də
deyilmişdir. Ona görə də XIX əsrin sonları, XX əsrin əvvəllərində
Azərbaycan və Anadolu türklərini fərqləndirmək üçün yenidən «azəri»
sözünə ehtiyac artmışdır. Və bu zamandan «azəri» sözü daha çox
işlənməyə başlamışdır. Beləliklə, ərəb işğalından (VII əsr) bu günə
qədər «azəri dili» həqiqi mə’nada «türk dili»nin sinonimi kimi
işlənmişdir və bir linqvistik termin kimi, «azəri» sözü yüksəliş (VII-X
əsrlər), tənəzzül (X-XIX əsrlər), yeni yüksəliş (XIX əsrin sonlarından
XX əsrin 70-ci illərinə kimi - aradakı repressiya çıxılmaqla) və yeni
tənəzzül (70-90-cı illər) mərhələləri keçirmişdir. Əgər Hind-Avropa
monopolizmi, Ə.Kəsrəvi kimilərin fars şovinizmi, bizim bir sıra
alimlərin və rus tarixçilərinin tarixi saxtalaşdıran yazıları olmasa
idi, XX əsrdə «azəri dili» uğurlu bir termin kimi öz yerini tuta
bilərdi.



Azərilər sözü Azərbaycan ərazisində yaşayan bütün etnosları əhatə
etmişdir, lakin azəri dili türk xalqının dilini. Odur ki dəqiqləşdirmək
üçün bə’zən azəri türklərinin dili ifadəsi işlədilmişdir. Görünür, həm
də bu çoxmə’nalılığı aradan qaldırmaq üçün Şah İsmayıl azəri dili
istilahını sıxışdırmağa çalışmışdır. Bunlar bir daha göstərir ki, azəri
dili ifadəsi Azərbaycan adından doğmuşdur, ona görə də türk etnosu və
Azərbaycan türk dili ilə bilavasitə bağlıdır. Azərilər və
azərbaycanlılar anlayışları ekvivalentdir. Azəri sözünün Azərbaycan
sözündən törədiyini nəzərə aldıqda həm azəri dili, həm də Azərbaycan
dili ifadələri yayğın ifadələrdir. Lakin Azərbaycanın bütövlükdə
türkdilliliyini, yə’ni aparıcı etnosların türk, milli dilin türk dili
olduğunu nəzərə aldıqda «türk dili» ifadəsinə ekvivalent kimi azəri
dili ifadəsi tam yerindədir.



Azəri sözü bizim dilimizi bütövlükdə (şimallı-cənublu) adlandıra bilən
ən uğurlu termindir. Azərbaycan türklərinə daim «azəri türkləri»
demişlər və bu ifadə Azərbaycan xalqını həm Anadolu türklərindən, həm
də şərq türklərindən fərqləndirmişdir. Hələ Nəsrəddin şah dövründə
İranda buraxılmış «Name-i Daneşvaran» adlı kollektiv əsərdə Cənubi
Azərbaycan əhalisinin dili «azəri dili» adlandırılmış və aydın olmaq
üçün izahat verilmişdir: «azəri dili», yə’ni «zəban-i turkan» (türk
dili). Qərbin görkəmli şərqşünas alimləri və o cümlədən ingilis
şərqşünası Q.A.Stranqe də bu cür nəzərdə tutmuş, «azəri» sözünü
«Azərbaycanın qədim türk dili» adlandırmışdır.



Əslən azəri türklərindən olan Cahangir Zeynaloğlunun 1924-cü ildə
İstambulda çap etdirdiyi «Müxtəsər Azərbaycan tarixi» əsərində
oxuyuruq: «Hər yerdə olduğu kimi, burada da (Azərbaycanda - Q.K.) azlıq
çoxluğa tabe olaraq, qədim əhalidən tat, talış, ləzgi və sonradan gələn
ərəb, kürd kimi millətlər yerli türklər ilə qarışıb birləşmişlərdir və
beyləcə yeni bir türk xalqı, yeni azəri türkləri vücudə gəlmişdir...
Gözəllik və sadəliyi sayəsində bütün Qafqaz və Rusiyada, hətta İran və
bütün Asiyada işlənən beynəlmiləl bir dil halını da almışdır». (18; 12)



Keçən əsrin 60-cı illərində «azəri dili» termini geniş işlənməkdə idi
və «Azərbaycan dili», «htürk dili» ifadələrinə nisbətən daha çox
işlənirdi. Lakin Azərbaycan türklərinə və ümumən türklərə daim
qeyri-səmimi münasibət bəsləyən, tarixin gedişində mütərəqqi prosesləri
daim hindavropalıların xidməti kimi qələmə verməyə çalışan alimlərin
subyektiv mülahizələri «azəri dili»ni şübhə altında qoya bilmişdir:
»İranın bir sıra burjua tarixçiləri və ədəbiyyatşünasları Azərbaycan
xalqının varlığını danmaqla bərabər, həm də onun dilini təhrif etməyə
sə’y göstərirlər (Ə.Kəsrəvi, C.Fəqih, M.Məşkur, Ə.Karəng, Ə.Kavyanpur,
Ə.Dehqani, M.Mürtəzəvi, Z.Səfa, R.Şəfəq və b.). Onlar iddia etmişlər
ki, guya Azərbaycanın qədim sakinləri ancaq İran (ari) mənşəli və
İrandilli etnoslardan ibarət olmuşdur».(11; 110)



İranın tarixçi alimi Əhməd Kəsrəvi Rza şahın hakimiyyətə keçdiyi və öz
diktaturasını möhkəmləndirməyə çalışdığı XX əsrin 20-ci illərində
yazdığı «Azəri ya zəbane bastane Azərbaygan» əsərində «İran ərazisində
yalnız bir dilin - fars dilinin olduğunu iddia etməklə hakim Pəhləvi
sülaləsinə İranda yaşayan və azlıqda qalan xalqların ana dillərinin
qadağan olunması üçün şərait yaratmışdır».(11; 111) Ə.Kəsrəvi azəri
dilini fars dilinin bir qolu hesab etməklə daha mürtəce mövqe tuturdu.
Özündən əvvəlki iranşünaslar adətən monqolların gəlib zorla türk dilini
Azərbaycanda yaydıqlarını iddia etdikləri halda, o, türk dilinin
Azərbaycanda monqollardan sonra, Şah İsmayıl Xətai dövründə yayılmasını
sübuta çalışmışdır. Doktor Hüseyn Məhəmmədzadə Sədiq Təbrizdə nəşr
olunan «Neda-ye Azərbadeqan» qəzetinin 10 avqust 1999-cu il tarixli
21-ci nömrəsində həmin qəzetin müxbiri ilə müsahibəsində deyir:
«Kəsrəvi və onun davamçıları nə təkcə bizim türk olmayıb azəri
olduğumuzu sübut etmək üçün minlərlə vərəqə ağ kağız qaraladılar ki,
minimum çörəyə çatsınlar, onlar Rza şaha, Məhəmmədrza şaha məddahlıq
edərək türklərə qarşı düşmənçilik siyasəti yeridərək Azərbaycan dili,
tarixini, milli namus və böyük məqsədləri sual altına a

Düzenleyen sensizolmaz : May 8, 2009, 10:05 am

-----------------------
Board Image
Board Image



IP: --   


Konu Modu | Yazdır  



Geçiş :


sensizolmaz, yurd_sevən, Azeri_kizi, azer_radio, maria, Violife


Konuyu görüntüleyen üyeler
1 ziyaretçiler, 0 üyeler.

Güney azerbaycanin ilk eylence portali [Azelim.com]





Gezdiğiniz yer: Ana Sayfa > Ümumi > Ədəbiyyat > Konu: Azerbaycan dili


Tüm Zamanlar GMT olarak ayarlıdır.. Saat şuanda September 9, 2010, 11:29 am.

  Powered By AEF 1.0.7 © 2008 Electron Inc.Sorgular: 13  |  Sayfa Açılıs Zamanı:0.115

Gelişmiş Arama